Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukraynanın sabiq baş prokuroru Renat Kuzmin şəxsi Feysbuk hesabında məlumat yayıb.
Cinayət işi vətənə xəyanət ittihamı ilə başlanacaq. Eks-prokuror təsdiq edib ki, Poroşenko 2013-2017-ci illərdə şəxsi "Roşen" firmasının vəsaitləri ilə rus ordusunu maliyyələşdirib və onun Donbasa girməsinə şərait yaradıb.
Kuzminin sözlərinə görə, o vaxt xüsusi xidmət orqanları faktı araşdırmaqdan imtina etmişdi. Bundan sonra, Poroşenkonu müharibədən pul qazanmaq məsələsində "Batkivşina" partiyasının sədri Yuliya Timoşenko ittiham edib.
"Roşen" dünyanın nəhəng konditer şirkətlərindən biridir. Bu şirkət illik 450 min ton məhsul istehsal edir. Korporasiyanın tərkibinə Ukrayna, Litva, Macarıstan və Rusiyadakı fabriklər daxildir.
2014-cü ildə prezidentliyə namizədliyini irəli sürən Poroşenko qalib gələcəyi təqdirdə aktivlərini satacağını desə də, vədinə sadiq qalmayıb.