27 İyul 2017 01:20
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən getməyəcəyini bəyan edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibi Qətərin XİN rəhbəri ilə görüşündən əvvəl deyib.

“Mənim Dövlət Departamentindən getmək niyyətim yoxdur. Hələ ki, prezident mənə etimad göstərir, vəzifəmdə qalacam”, deyə R.Tillerson qeyd edib.

O, prezident D.Trampla yaxşı münasibətdə olduğunu da vurğulayıb.

Qeyd edək ki, iki gün əvvəl bir sıra ABŞ KİV-lərində R.Tillersonun ilin sonunadək istefa verəcəyi barədə məlumat yayılıb. Məlumata əsasən, ABŞ xarici siyasət idarəsinin rəhbəri ilə Ağ Ev arasında ciddi fikir ayrılığı mövcuddur.


Müəllif: Teleqraf.com