28 İyul 2017 13:45
1 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:28

Pakistan Baş naziri Navaz Şərif vəzifəsindən uzaqlaşdırılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərar Pakistan Konstitusiya Məhkəməsi tərəfindən verilib.

Məlumatlara görə, buna səbəb Navazın ailə üzvlərinin bəzilərinə qarşı korrupsiya ittihamlarının gündəmə gəlməsidir.

***

Pakistan Konstitusiya Məhkəməsinin qərarından sonra baş nazir Navaz Şərif istefa verib. Bununla bağlı Navaz Şərif jurnalistlərə açıqlama verib.

Konstitusiya Məhkəməsinin hakimi Eyaz Əfzal Xan 5 nəfərdən ibarət hakim heyətinin baş nazirin vəzifədən uzaqlaşdırılma qərarını dəstəklədiyini bildirib.

Xanın sözlərinə görə, Pakistan baş naziri parlamentə və məhkəməyə qarşı dürüst davranmayıb və o, baş nazirlik postuna layiq deyil.

Hakim əlavə edib ki, Navaz Şərifin işi üzrə bütün materiallar 6 həftə ərzində korrupsiya məhkəməsinə göndəriləcək. Bundan sonra, baş nazir və ailə üzvləri dindiriləcək.

Baş nazirlə yanaşı maliyyə naziri Məhəmməd İşak Dar da vəzifəsindən uzaqlaşdırılıb.


Müəllif: Samir

Oxşar xəbərlər