29 İyul 2017 15:31
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Senatın Rusiyaya, İrana və Şimali Koreyaya sanksiyaların gücləndiriıməsinə dair qəbul etdiyi qanun layihələrini imzalamağı planlaşdırır.

Teleqraf.com “Röyters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Tramp qanun layihəsinin ilk variantını oxuyub və onun vacib elementlərini müzakirə edib. İndi o, sonuncu versiya ilə tanış olub, qeydlərinin necə nəzərə alındığını öyrənib, qanun layihəsinə razılıq verib və onu imzalamaq niyyətindədir”, deyə prezidentin administrasiyasından bildiriblər.

İyulun 27-də ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya sanksiyaların gücləndirilməsinə dair qanun layihəsi qəbul edib. Daha sonar layihə imzalamaq üçün prezidentə təqdim olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər