1 Avqust 2017 00:12
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən qoca prezidenti olan Zimbabve dövlət başçısı Robert Muqabe açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Muqabe səhhətilə bağlı dolaşan söz-söhbətlərə münasibət bildirib.

“Ölmürəm. Bu günə qədər yaşadığım üçün Allaha şükr edirəm. Ürəyim və qaraciyərlərim çox sağlamdır. Həkimlər sümüklərimin möhkəmliyinə baxanda çaşdılar”.

Xatırladaq ki, 1924-cü ildə doğulan Robert Muqabe 1987-ci ildən bu yana Zimbabve prezidentidir.

Son dövrlər bəzi ciddi xəstəliklərdən əziyyət çəkdiyi haqda xəbərlər dolaşsa da, prezident tam sağlam olduğunu deyib.

O, həmçinin bir müddət əvvəl 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını söyləyib.


Müəllif: Cavad

Oxşar xəbərlər