1 Avqust 2017 14:30
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Venesuelada konstitusiyanın yenidən yazılması üçün təşkil edilən qurucu məclis seçkisindən sonra Prezident Nikolas Maduroya sanksiya tətbiq etmək qərarı verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qərara əsasən, Maduronun ABŞ-dakı bütün sərvəti dondurulub, amerikalılarla əlaqə yaratması qadağan edilib:

"Venesuela Prezidenti Nikolas Madura ölkəsində avtoritar rejim qurmağa cəhdlər göstərdiyi üçün ona sanksiya tətbiq edilir. Bu ölkədə dünən reallaşan qurucu məclis seçkisi demokratik yolla qurulan Milli Məclisin konstitusiya hüquqlarını qəsb etməyi hədəfləyir. Bu seçki Venesuelanın konstitusiya və demokratik nizamı üçün bir parçalanmadır. Maduro Venesuela xalqı və dünyadakı demokratik hökumətlərin qarşı çıxmasına baxmayaraq, qurucu məclis seçkisini reallaşdırdı".

ABŞ Maliyyə naziri Stiven Mnuçin də sanksiya qərarıyla bağlı şərh verib: "Edilən qeyri-qanuni seçkilər Maduronun Venesuela xalqının iradəsini nəzərə almayan bir diktator olduğunu təsdiq etdi. ABŞ Maduroya qarşı sanksiya qərarı verdi, rejimin siyasətinə qarşı çıxdı və ölkənin yenidən tam və firavan demokratiyaya geri dönməsini istəyən venesuelalıları dəstəkləyir”.


Müəllif: Samir

Oxşar xəbərlər