3 Avqust 2017 21:24
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya səhiyyəsində ölüm hallarının artmasının səbəbləri bəlli olub.

Teleqraf.com-un məlumatına görə, səbəblər Rusiya İqtisadi İnkişaf Nazirliyinin dövlət proqramlarının icrası ilə bağlı hesabatında əks olunub.

Rusiya səhiyyə sistemindəki ölüm hallarının artmasının başlıca səbəbi kimi xəstələrin xəstəxanaya gec yerləşdirilməsi göstərilir.

Digər səbəblər arasında ixtisaslı tibb işçilərinin çatışmazlığı və əhalinin tibb müəssisələrinə vaxtında müraciət etməməsi qeyd olunub.


Müəllif: Teleqraf.com