Teleqraf.com xəbər verir ki, Çinin DF-31A model qitələr arası balistik raketinin inkişaf etmiş versiyası olan DF-31AG-yə sahib olması bu ölkənin silahlanmaya xüsusi önəm verdiyini ortaya qoyur.
Hazırda Çinin DF-31 AG balistik raketi sahib olması bu ölkənin qlobal mövqeyi və müdafiə gücünün bir simvolu olaraq xarakterizə edilir.
PLA ballistik raket mütəxəssisi olan Yang Çincün hesab edir ki, qlobal vuruş və yüksək manevr qabiliyyəti ilə təchiz edilən yeni ballistik raket ordunun strateji istiqamətini və hücum gücünün artırıldığını göstərir.
Məlumat üçün qeyd edək ki, hazırda Çinin hərbi arsenalında 5500 kilometr məsafəni qət edən raketləri var.
Xatırladaq ki, hazırda Çin Xalq Qurtuluş Ordusunun yaranmasının 90 illiyi ilə əlaqədar olaraq Sarı dənizdə hərbi təlimlər keçir. Bu məqsədlə Sarı dənizin böyük bir hissəsi mülkü gəmilərə bağlı elan edilib. Hərbi təlimlər avqustun 8-də başa çatacaq.