13 Avqust 2017 16:43
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya şəhərində yerləşən reabilitasiya mərkəzində işçilərin fiziki qüsurlu xəstələrin bədənlərində siqaret söndürüb onları döydükləri iddia olunub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, əngəlli xəstələrin işçi kimi işlədildiyi, onların adına saxta qaimələrlə dövlətdən ianə aldıqları iddiaları irəli sürülüb. Türkiyənin Ailə və Sosial Təminatlar Nazirliyinin Konya şəhər idarəsi tərəfindən araşdırmalar başlayıb. Məlumatda bildirilib ki, mərkəzdə 150 əngəlli xəstə qalır. İddialara görə, mərkəzi M.N.V. adlı şəxs qurub və 60 işçisi ilə 8 ildir fəaliyyət göstərir. Dövlət tərəfindən əngəlli xəstələr üçün ayrılan ianələri mənimsəmək bəhanəsi ilə sözügedən mərkəz açılıb. Mərkəzdən şikayət edən işçi bildirib ki, mərkəzdə qalan əngəlli insanlar məcburi işlədilib, işgəncəyə məruz qalıblar. Mərkəzin işçilərinin görməli olduqları işləri mərkəzdə müalicə alan əngəlli xəstələrə gördürüblər. Xəstələrə zibil yığdırıb, xəstəxananı təmizlətdirib və əşya daşıtdırıblar. İş görmək istəməyən xəstələr isə döyülüb və işgəncələrə məruz qalıblar. “Yaramazlıq” edənlərin bədənində siqaret söndürülüb. 150 nəfər xəstə 10 nəfərlik qruplara ayrılaraq hamama aparılıb, üstlərinə maye sabun tökülərək sərt fırçalarla işgəncələr edərək çimizdirilib. Ailə və Sosial Təminatlar Nazirliyinin təyin etdiyi müfəttiş heyəti iddiaları təsdiq edib və korrupsiya halının dəqiqləşdiyini deyib. Araşdırmalar yekunlaşdıqdan sonar cinayət işinin açılması gözlənilir.


Müəllif: İlhamə

Oxşar xəbərlər