16 Avqust 2017 13:35
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı mütəxəssislər “Siklon-2” və “Siklon-3” raketlərini söküb onlara Ukraynada istehsal olunmuş mühərriklər yerləşdirə bilərlər.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə brifinqdə Ukrayna Dövlət Kosmik Agentliyi sədrinin səlahiyyətlərini icra edən Yuri Radçenko bildirib.

O qeyd edib ki, Rusiyanın Şimali Koreyaya göndərdiyi raketlərlə bağlı məsələnin kökündə bu məqam dayanır:

“Operativ informasiyaya görə, Rusiya bu gün 7-dən 20-dək “Siklon-2” və “Siklon-3” raketlərinə malikdir. Onlarda bu raketlərin mühərrikəri (RD-250) də var. Bununla bağlı sənədlər mövcuddur. Hazır məhsullardan onlar istənilən ölkəyə sata bilərlər. O cümlədən Rusiya və Şimali Koreya arasında tərəfdaşlıq münasibətlərinin mövcudluğunu nəzərə alsaq, Moskvanın Pxenyana da bu mühərrikləri satması istisna deyil”.

Yuri Radçenko əlavə edib ki, RD-250 mühərriklərinin Ukraynada istehsal olunması və Rusiyaya ixracı 2001-ci ilədək davam edib. O, hazırda Ukraynanın bu mühərrikləri istehsal etməsi üçün heç bir imkana malik olnmadığı vurğulayıb.

Qeyd edək ki, dünən “Nyu York Tayms” qəzeti Amerika xüsusi xidmət orqanlarındakı mənbəyə və Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) ekspertinə istinadən Şimali Koreyanın son dövrlərdə sınaqdan keçirdiyi yeni ballistik raketlər üçün mühərrikləri Ukraynanın “Yujmaş” zavodundan əldə edə bildiyini yazıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər