16 Avqust 2017 13:26
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi 15 iyul 2016-cı ildə çevrilişə cəhd hadisəsində günahlandıran general Adil Öksüzlə bağlı Almaniyaya nota verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, notada Adil Öksüzün Almaniyada olub-olmadığının araşdırılması, bu barədə xəbərlər təsdiqlənərsə onun ekstradasiya edilməsi istənilib.

Adil Öksüz FETÖ-nün Türkiyə aviasiya sistemindəki imamı kimi tanınır. O, çevrilişə cəhddə günahlandırılaraq həbs edilsə də, sonradan azadlığa buraxılıb. Daha sonra ölkəni tərk edib, hazırda Almaniyada olduğu bildirilir.

Almaniyada 4 min FETÖ-çü olduğu ehtimal edilir.


Müəllif: Mahir

Oxşar xəbərlər