ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi iki ay qabaq Barselonanı terror təhlükəsinin gözlədiyini deyibmiş.
Teleqraf.com “El Periodico” nəşrinə istinadən xəbər verir ki, Kataloniya polisi iki ay bundan qabaq MKİ-dən Barselonada terror hücumunun olacağı ilə bağlı xəbərdarlıq alıbmış. Bundan başqa 13 nəfərin ölümü ilə nəticələnmiş terror hücumunun gerçəkləşdiyi Rambla küçəsi MKİ-nin məlumatında ən təhlükəli yer kimi göstərilibmiş.
Xatırladaq ki, dünən yerli vaxtla 17 radələrində Barselonanın Rambla küçəsi yaxınlığında ağ furqon turistlərin qələbəliyinə sürülüb. Terrorçular 530 metr çevrədə toplaşan insanları hücuma məruz qoyub.