Çilinin Temuko şəhərindəki avtoparkda 18 TIR yandırılıb.
Teleqraf.com "Röyter"ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları hadisənin qəsdən törədildiyini açıqlayıblar.
Dəlillər hadisənin "Veyçan Ayka Mapu" qruplaşması tərəfindən törədildiyinə işarə edir. Bu qrupşalma hindular tərəfindən yaradılıb. Çilidə əvvəllər baş verən oxşar hadisələrə görə məsuliyyəti "Veyçan Ayka Mapu" öz üzərinə götürüb.