ABŞ-ın Müdafiə naziri Ceyms Mettis İraqa qəfil səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Mettisin səfəri çərçivəsində İraq liderləri ilə görüşü və İŞİD terror qruplaşması ilə mübarizədə növbəti addımların müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, İraq rəhbərliyi iyulun əvvəlində Mosulda İŞİD üzərində qələbə qazandığını rəsmən elan etmişdi. Ötən bazar günü isə Təlafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına start verilib.