23 Avqust 2017 01:13
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin əvvəlindən Nigeriyada terrorçular 80-dən çox uşaqdan kamikadze kimi istifadə ediblər.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

O, YUNİSEF-in bununla bağlı məlumatlarını təqdim edib. Məlumatlarda terror aktları törədən uşaqların sayının ötən ilin analoji dövrü ilə müqayisədə artıq dördüncü dəfə artdığı qeyd olunur.

"2017-ci ilin əvvəlindən partlayış törətməkdə 55 qız da daxil olmaqla, 83 uşaqdan istifadə olunub. Onların əksəriyyəti 15 yaşdan kiçikdir", - deyə Dyujarrik bildirib.

O, qeyd edib ki, "Boko haram" qruplaşması terror aktlarında iştirak edir, amma məsuliyyəti heç də hər vaxt üzərinə götürmür.

İŞİD terror qruplaşmasına sədaqət andı içmiş "Boko haram" qruplaşması ilə Nigeriya ordusu arasında qarşıdurma 8 ilə yaxındır davam edir. Bu müddət ərzində azı 2 milyon insan evlərini tərk edib. Demək olar, yeddi milyon insanın humanitar yardıma ehtiyacı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər