"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi".
Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:
"O zaman həkim mənə dedi ki, neçə uşağınız var? Cavab verdim ki, üç övladım var, biri böyük, ikisi isə balacadır. Mənə dedi ki, yalnız uşaqlarını düşünəcəksən. İlk zamanlar çətin idi, indi isə tənqidi şərhləri oxumuram. Özüm istəməyəndə İnstaqramda canlı yayım açmıram. Sevmədiyim bütün insanları "blok" etmişəm. Onların heç birini görmürəm, izləmirəm. Biz balalarımız üçün yaşamalıyıq".
Aparıcı özünü birinci hesab edən həmkarlarına da ad çəkmədən ismarış göndərib: "Mən birinci sözünü sevmirəm. Yaxın günlərdə təsadüfən Zaur Kamalın verilişinə getmişdim. Zaur dedi ki, iki ulduz bir arada...Mən o sözü sevmirəm. Mənim üçün birinci Allahdır. Birinciyəm, ulduzam nə bilim...Mən işimi görürəm. Mənim üçün ulduz da, birinci də, kainatın yaradıcısı, bizi yaradan Allahdır".