28 Aprel 01:46
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələri (IAF) Livanın cənubunda bir neçə yaşayış məntəqəsinə hücum edib, nəticədə dinc sakinlər həlak olub.

Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bu barədə “Al Manar” telekanalı məlumat yayıb.

İsrailin Sarbin kəndindəki hücumu nəticəsində üçmərtəbəli ev dağılıb. 14 nəfər yaralanıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib.

Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı şəhərlərinə hücumları zamanı 5 bina dağıdılıb, 35 binaya ziyan dəyib.


Müəllif: Pərvin Cəfərova