Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növləri ilə Rusiyanın ərazisinə getməkdən çəkinmək tövsiyə olunur.