28 Aprel 01:31
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 27-də Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb. Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib.

Mina partlayışı nəticəsində texnikaya zərər dəyib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com