Fransa Silahlı Qüvvələri və Çin Xalq Azadlıq Ordusu hərbi əməkdaşlıq üçün yeni mexanizm yaradıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı "South China Morning Post" (SCMP) yayıb.
“İki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq qarşılıqlı etimadı və əməkdaşlığı daha da dərinləşdirəcək, həmçinin regional təhlükəsizlik və sabitliyi birgə qoruyacaq”, - nəşr Çin Müdafiə Nazirliyinə istinadən yazır.
Materialın müəllifləri belə bir mexanizmin yaradılmasının Cənubi Çin dənizində artan gərginlik səbəbindən baş verdiyini vurğulayıblar.