28 Aprel 01:24
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri (AFU) Bryansk vilayətinin Klimovski rayonunun Novıye Yurkoviçi kəndinə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz öz teleqram kanalında məlumat verib.

"Ukraynalılar kəndi atəşə tutublar"- deyə o yazıb.

Qubernatorun məlumatına görə, xəsarət alan olmasa da, traktor, buldozer və minik avtomobilinə qismən ziyan dəyib.

“Hazırda hadisə yerində operativ və fövqəladə hallar xidmətinin əməkdaşları işləyir”, - deyə rayon rəhbəri yekunlaşdırıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər