Antalya polisi İngiltərənin Vest Sussex bölgəsində yaşayan 52 yaşlı ingilis Tobi Robinsini həbs edib.
Teleqraf.com türk mətbuatına istinadla xəbər verir ki, Tobi Robinsin ailəsi ilə birlikdə Bodruma istirahətə gəlib. O, istirahət etdiyi müddətdə dənizin dibinə qədər enə bilib. Bu zaman ingilis tursit dənizib dibindən 13 ədəd pul tapıb. Söhbət tarixi əsər olan sikkələrdən gedir. İstirahətini başa vurduqdan sonra Tobi Robinsin sikkələrlə birlikdə Antalya hava limanında saxlanılıb. Onun ailəsi İngiltərəyə, özü isə həbsə getməli olub. Hazırda ingilis mediası bu hadisə haqqında ciddi məqalələr yazır.
İki həftəlik yay tətili və ya tarixi sikkə axtarışından sonra Robinsin 3 il həbs cəzası alacağı gözlənilir. Robinsin yoldaşı Heidinin bildirib ki, əri tapdığı sikkələrin tarixi əsər olduğunu bilmirdi və hazırda ailə üzvləri ona görə ciddi narahatdır.