ABŞ-ın Kaliforniya Ştatının San Fransisko şəhərində daha çox ağ dərili amerikalıların hüquqlarını müdafiə edən irqçi ku Klux Klan (KKK) təşkilatı və prezident Donald Trampa etiraz aksiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, etiraz mitinqində minlərlə insan iştirak edib. Mitinq bir gün əvvəl təhlükəsizlik səbəbilə ləğv edilib. Lakin bundan razı qalmayan mitinqçilər sosial şəbəkə vasitəsilə müzakirələr apararaq yeni bir meydanda görüşməyi razılaşdırıblar.Yüzlərlə polisin nəzarəti altında Alamo Meydanı qarşısında toplaşan etirazçılar Donald Trampa və iqrçi Ku Klux Klan təşkilatına etiraz ediblər.
Nümayişçilər San-Fransisko küçələrinə yayılaraq bələdiyyə binasının önünə qədər yürüş ediblər.