29 Avqust 2017 02:12
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən ABŞ-Rusiya münasibətlərinin normallaşmasına inanıram”.

Bunu ABŞ prezidenti Donald Tramp Finlandiya dövlət başçısı ilə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Güman edirəm ki, Rusiya ilə münasibətlərimiz yaxşı olacaq. Mən bunu daim, açıq-aydın, uzun müddətdir ki deyirəm. Aramızda yaxşı münasibətlərin olması olduqca vacibdir. Düşünürəm ki, bu nə vaxtsa baş verəcək. Rusiya böyük dövlətdir, nüvə ölkəsidir. Biz yola gəlməliyik və axır-əvvəl bu baş verəcək. Bu hamıya lazımdır, sülh üçün lazımdır və s.”, deyə D.Tramp.

/APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər