29 Avqust 2017 12:17
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında "Harvi" qasırğası ilə əlaqədar yaranmış fövqəladə vəziyyətlə bağlı Azərbaycan Respublikasınının ABŞ-dakı səfirliyində qaynar xətt yaradılıb.

"Report" Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən xəbər verir ki, ehtiyac olacağı təqdirdə Azərbaycan vətəndaşları +12028200987 nömrəsi və ya [email protected] elektron poçtu ilə əlaqə saxlaya bilərlər.

Həmçinin təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlara ABŞ-ın bu bölgəsinə səfər etməmələri, yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinə müraciət etmələri tövsiyyə olunub.

Qeyd edək ki, Texas ştatını cənginə alan "Harvi" qasırğasının vurduğu zərər təqribən 30 milyard dollar civarında qiymətləndirilir. Qasırğanın səbəb olduğu daşqınlar nəticəsində 8 nəfər həlak olub, bir neçə min insan Hyuston şəhərinin rayonlarından evakuasiya edilib.

Milli Meteorologiya Xidməti Texas ştatının cənub-şərqində yerləşən bir çox qraflıq üçün daşqın təhlükəsi elan edib. Xidmətdən verilən məlumata görə, Hyuston və Qalvestonda "fəlakətli miqyasda" daşqın baş verib.

ABŞ Prezidenti Donald Tramp təbbi fəlakətin miqyası ilə tanış olmaq üçün Texasa səfər etmək niyyətindədir.

Fövqəladə vəziyyət həmçinin Luizianada da elan edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər