1 Sentyabr 2017 16:56
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Çin Xalq Respublikasına yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimovla görüşüb.

Səfirlikdən Teleqraf.com-a daxil olan məlumata görə, görüş zamanı Azərbaycanın ŞƏT-ə dialoq üzrə tərəfdaş statusu çərçivəsində əməkdaşlığın vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Dialoq tərəfdaşı statusunun Azərbaycan və təşkilat üçün faydalı olduğunu deyən Əkrəm Zeynallı Azərbaycanın daha da yüksək səviyyədə əməkdaşlıqda əzmli olduğunu və gələcək fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşün sonunda səfir Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə Azərbaycan xalçası hədiyyə edib.


Müəllif: Səxavət