4 Sentyabr 2017 09:13
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun əhalisi son 5 ildə 1 milyon nəfər artıb.

Teleqraf.com xəbər verir ki, 1927-ci ildə İstanbulun cəmi 806 min nəfər əhalisi olub.

2016-cı ildə isə şəhərin əhalisi 14 milyon 804 min 116 nəfərə çatıb. Son 5 ildə əhalisinin sayı 1 milyon nəfər artan İstanbul şəhəri, əhali sayına görə dünyanın 145 ölkəsini geridə buraxıb.

Türkiyə Statistika İdarəsinin məlumatına görə, 2016–cı ilin sonunda 79 milyon 814 min 871 nəfər olaraq müəyyən edilən Türkiyə əhalisinin 18,5 faizi, məhz İstanbulda yaşayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər