5 Sentyabr 2017 15:28
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Karen Karapetyanın Rusiyada yaşayan biznesmen qardaşı, “Tashir group”un sahibi Samvel Karapetyanla münasibətləri gərginləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, Samvel Karapetyanın böyük investisiya proqramlarından imtina etməsi baş nazir olan qardaşını narazı salıb.

Samvel Karapetyan qardaşı Ermənistanın baş naziri təyin ediləndə investisiya yatıracağına və hökumətə yardım edəcəyinə dair verdiyi vədə əməl etməkdən vaz keçib. Nəşr bu ilin ilk yarımilliyində Rusiyadan gələn investisiyaların həcminin artmadığını, əksinə, azaldığını qeyd edib. Məlumata görə, Rusiyadan cəmi 12.2 milyard dram dəyərində kapital axını olub ki, bu da “Tashir group”un əlində cəmləşən elektrik enerjisinin istehsalı sferasına aiddir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər