Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadze Tiflis məhkəməsində eks-prezident Mixail Saakaşvili tərəfindən keçmiş deputat Valeriya Qelaşvilinin döydürülməsi işi üzrə ifadə verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ifadəsi zamanı Burcanadze Saakaşvilinin əleyhinə fikirlər səsləndirib.
Burcanadze deyib ki, hadisədən sonra Qelaşvili ilə görüşüb:
“Xəsarət izlərindən görünürdü ki, bu qəsdən törədilmiş işdir. Mən bu məsələ barədə Saakaşvili ilə danışdım. O, etiraf etdi ki, bu hadisədən əvvəlcədən xəbəri olub”.
Qeyd edək ki, hadisə 2005-ci ildə baş verib. Qelaşvili xüsusi təyinatlılar tərəfindən döyülüb və müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.