8 Sentyabr 2017 22:25
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini liderinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi İraq Kürdüstanında keçirilməsi nəzərdə tutulan müstəqillik referendumuna münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı Sənəndəcdə keçirilən tədbirdə çıxışı zamanı danışıb.

Səfəvi bildirib ki, İraq, Türkiyə, İran və Suriya İraq Kürdüstanının müstəqilliyə qovuşması üçün referendum keçirilməsinə qarşıdır: “Suriyada və İraqda terrorçuların məğlubiyyətə uğramasından sonra bölgədə yeni intriqa formalaşmaqdadır. Belə ki, müsəlmanların düşməni olan qüvvələr, o cümlədən də sionistlər, ingilislər və amerikalılar Suriya və İraqı parçalamaq fikrinə düşüblər. Hesab edirik ki, İraqın şimal hissəsinin parçalanması və Kürdüstanın İraqdan ayrılması bölgədə uzunmüddətli müharibənin yaranması deməkdir. Sözsüz ki, bu parçalanmadan ilk ziyan görəcək tərəf isə həmin bölgədə yaşayan kürd əhalisi, eləcə də Türkiyə, İran və Suriya əhalisi olacaq”.

Qeyd edək ki, İraq Kürdüstanının müstəqilliyi ilə bağlı referendum sentyabrın 25-də keçiriləcək.


Müəllif: Samir

Oxşar xəbərlər