12 Sentyabr 2017 21:25
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat yoldaşı Mixail Saakaşvili ilə Polşa-Ukrayna sərhədinə gedən Gürcüstanın keçmiş birinci xanımı Sandra Rulofs oğlu Nikolozla birgə Gürcüstana qayıdıb.

Teleqraf.com gürcü mediasına istinadla xəbər verir ki, xanım Rulofs sosial şəbəkədəki paylaşımında artıq Gürcüstanda olduğunu bildirib.

“Oğlum Nikoloz məktəbə, mən işə gedirəm. Hamı bizi Mişanın uğurlu qayıdışına görə təbrik edir. Hamı bu müddət ərzində ona görə həyəcan keçirirdi, bu həyəcan indi də davam edir. Bütün bu proses ərzində mən və oğlum Mişanın yanında olduğumuz üçün qürurluyuq”.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili sentyabrın 10-da Polşadan Ukraynaya qayıdıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər