Uçan naməlum obyektləri (UNO) lentə almaq heç də həmişə mümkün olmur. Ancaq bəzən bu sirli aparatların fotogörüntüləri belə yadplanetlilər barədə dərin təəssürat yaradır. Yaxşı foto üçün nadir şansı yaxalamaq, həm də ən azı həqiqətən nə baş verdiyi barədə maraqlı hekayə lazımdır. Videogörüntüyə isə hətta şərhsiz də baxmaq olar. Yetər ki, görüntülər gerçək olsun.
Teleqraf.com konspiroloqlarun fikirlərinə istinadla xəbər verir ki, sentyabrın əvvəlində Amerikada baş verən kataklizmlər təsadüfi deyil. Bəs, buna görə günahkar kimdir? Yadplanetlilərin bu qorxunc hadisələrdə əli varmı?
Əgər bu belə deyilsə də, yadplanetlilərin təbii fəlakətlərə marağı açıq-aşkar müşahidə olunur. Məsələn, Meksikada zəlzələdən bir gün əvvəl səmada çoxlu sayda UNO-lar görünüb (Videoya baxın). Hamını bu sual maraqlandırır: onlar orada nə edirdilər? Meksikalılar dinc həyatını yaşayır, yaxınlaşan zəlzələ təhlükəsi onların ağıllarına da gəlmirdi. Yadplanetlilər isə görünür, əvvəlcədən zəlzələ baş verəcəyindən xəbərdar idilər. Əlbəttə, tamamilə mümkündür ki, onlar gələcəyə baxmağı bacarırlar. Ancaq yadplanetlilərin çox keçmədən baş verəcək zəlzələdə iştirakı da istisna deyil.
Yeri gəlmişkən, 1997-ci ildə Yaponiyada güclü zəlzələ, ardınca isə dağıdıcı sunami baş verdi. Həmin zəlzələdən əvvəl də Yaponiya üzərində yadplanetlilərin gəmisi görünmüşdü. Onlar həmişə əvvəlcədən hadisə baş verəcək təbii və texnogen (Çernobıl AES) ərazidə peyda olurlar. Belə hallarda yadplanetliləri nə maraqlandırır? Sabah faciə baş verəcək ərazidə onların bir gün əvvəl uçuşlar həyata keçirməkdə məqsədləri nədir?
Hazırda UNO-lar San-Andreas sınma xətti boyunca uçuşlar həyata keçirirlər. Bu, Meksika zəlzələsindən sonra Şimali Amerikada növbəti böyük fəlakətin baş verə biləcəyini ehtimal etməyə əsas verir. İndi biz "uçan boşqab"ları necə qəbul edək: onlar yeni təbii fəlakətlərin müjdəçiləridirmi?
Aşağıda baxacağınız video isə Meksikada zəlzələ baş verən ərazidə lentə alınıb. Yadplanetlilər orada göründükdən sonra ərazidə güclü zəlzələ baş verib.