İŞİD terror qruplaşması London metrosunun “Parsons Green” stansiyasındakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Teleqraf.com “Reuters”ə istinadla xəbər verir ki, bu gün yerli vaxtla 08:20 “Parsons Green” stansiyasının vaqonundakı partlayış zamanı insan təlafatı olmasa da, 29 nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.