17 Sentyabr 2017 11:57
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

London metrosunun “Parsons Qrin” stansiyasında terror aktı törətməkdə şübhəli bilinən daha bir nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb. Hələlik həbs edilən şəxsin kimliyi açıqlanmır.

Xatırladaq ki, ötən gün bu terror hücumuna görə 18 yaşlı gənc də saxlanılıb.

Sentyabrın 15-də, yerli vaxtla 08:20-də Londonda metro vaqonunda baş verən partlayış zamanı insan tələfatı olmasa da, 29 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib. İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.


Müəllif: Cavad