17 Sentyabr 2017 17:28
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın sağçı Azadlıq Partiyasının lideri Geert Vilders islam dininin ölkə konstitusiyası ilə təmin edilən dini azadlıqlar siyahısından çıxarılması təklifi ilə çıxış edib.

Teleqraf.com dünya mediasına istinadən xəbər verir ki, G.Vilders bəyan edib ki, islam bir din deyil: “Totalitar, təhlükəli və zorakı bir ideologiyanın konstitusiya ilə təmin edilən dini azadlıqların tərkibindən çıxarılması lazımdır. Qanunvericilik baxımından bunun necə həyata keçiriləcəyinin yollarını dəqiq deyə bilmərəm. Ən azı bunun üçün mümkün yolları araşdırmaq lazımdır”.

Xatırladaq ki, bu ilin martında keçirilən seçkilərdə Azadlıq Partiyası Hollandiya parlamentinə 20 deputatla daxil olub və bununla ölkədə ikinci böyük partiya statusunu əldə edib. Eyni zamanda bu partiya proqramında “Quran”ı qadağan edəcəyini bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər