Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynanın paytaxtı Kiyevə gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Saakaşvilinin mətbuat katibi Darina Çij məlumat verib.
O bildirib ki, sabiq qubernator sabah Dneprə gedəcək.
Məlumatda qeyd edilib ki, Saakaşvili oktyabrın 17-də Kiyevə qayıdacaq və tərəfdarları qarşısında çıxış edəcək.