19 Sentyabr 2017 23:36
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela xalqı acından ölür, ölkə isə dağılır. Bu ölkədə demokratiyanı bərpa etmək lazımdır.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının toplantısında ABŞ Prezidenti Donald Tramp deyib.

"Sovet İttifaqından başlamış Kuba və Venesuelaya qədər harada sosializm və ya kommunizm quruldusa, bu, həmin ölkələrə əziyyət, bədbəxtlik və səfalət gətirdi. Venesualada xalq acdır, ölkə isə dağılır. Nikolas Maduronun korrupsiyaya qurşanmış hakimiyyəti çiçəklənən ölkəni məhv etdi. Biz Venesuelada demokratiyanın bərpasına çağırırıq. Xalq azadlığı, və demokratiyanı özünə qaytarmalıdır", - Tramp deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər