Dünən gecə saatlarında İstanbulun Atatürk aeroportunda qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, həmin təyyarənin bir müddət əvvəl azərbaycanlı iş adamı tərəfindən satıldığı bildirilib: “Cessna Citation-650 şəxsi təyyarəsi bir neçə ay bundan əvvəl adı hələlik açıqlanmayan azərbaycanlı iş adamından alınıb”.
Qeyd edək ki, hadisə zamanı 4 nəfər xəsarət alıb.