Avstraliya hökuməti Rusiyaya tətbiq olunan sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiyaların uzadılmasına səbəb kimi Moskvanın Ukrayna böhranı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib.
Avstraliya ilk dəfə 2014-cü ilin iyununda Rusiyaya sanksiya tətbiq edib.