24 Aprel 2014 21:53
4 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə mediada "Suriyaya cihada qatılmaq üçün evdən qaçdıqları" iddia edilən Bosniya əslli Avstriya vətəndaşı olan iki qızdan yeni xəbər var.

ANS PRESS-in verdiyi məlumata görə, Sabina Selimoviçin atası Sabit Selimoviç 15 yaşlı qızı Sabinaın qaçırıldığını iddia edir.

Avstriya polisi verdiyi açıqlamada isə qızların Türkiyədə, hətta Suriyada tapılma ehtimalı olduğunu bildirib. Avstriyanın paytaxtı Vyanada yaşayan Bosniya əslli Sabit Selimoviç aprelin 10-da itən qızının Suriyaya döyüşmək üçün getdiyi söz-söhbətlərinin doğru olmadığını, qızı Sabinanın hər hansı radikal qrupla təması olmadığını qeyd edib.

"Mediada yer alan xəbərlərin bir çoxu əsassız və yalandır. Biz ailə olaraq qızımızın harada olduğuna dair hələ heç bir məlumata sahib deyilik. Mən o gün işdə idim, evə gəldiyim zaman vəziyyəti öyrəndim. Mən bu an çətin vəziyyətdəyəm", - deyə Sabit Selimoviç bildirib.

Selimoviç qızının Vyana aeroportundan Türkiyəyə getdiyini və təkçə bu məlumata sahib olduğunu ifadə edərək "İtdiyindən dərhal sonra Vyana aeroportuna müraciət etdim və oradan Türkiyəyə doğru getdikləri məlumatını aldım. Bildiyimə görə, Türkiyə rəhbərliyi də bu mövzu haqqında məlumatlandırılıb və qızlarımızın tapılması üçün işlər görülür. Türkiyədən kömək gözləyirik, biz qızlarımızı təkrar görmək istəyirik" sözlərini bildirib.


Müəllif:

Oxşar xəbərlər