ABŞ-ın Meksika ilə sərhəddə divar tikintisinə start verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı ABŞ Sərhəd Xidməti yayıb.
Bildirilib ki, divarın hündürlüyü 5-9 metr olacaq:
“Divarın yarısı beton, qalan hissəsi isə alternativ materiallardan hazırlanacaq”.
Qeyd edək ki, iki ölkə arasında divar tikintisi ilə bağlı təklifi ABŞ Prezidenti Donald Tramp verib. Onun fikrincə, bu narkotik alverçiləri ilə mübarizəyə yardım edəcək.