Suriyanın Hələb şəhərində dünyanın ən qədim örütülü bazarı sayılan əl-Mədinə fəaliyyətə başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı bazar rəhbəri Amar Ruvaz məlumat verib.
Onun sözlərinə görə, bazarın min ildən çox yaşı var:
“Hələb rəhbərliyi yaxın günlərdə bazarın əvvəlki vəziyyətinə qaytarılması üçün işlərə başlayacaq”.