30 Sentyabr 2017 22:12
1 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda şiələrdən ibarət "Əl-Həşd əş-Şabi" qruplaşmasının baş snayperi, "İŞİD ovçusu" ləqəbli Əbu Təhsin əs-Salehi həlak olub.

Teleqraf.com-un xəbərinə görə, o, cümə günü İraqın şimalındakı Əl-Havic bölgəsində İŞİD-çilərdə gedən son düyüşlərdə ölümcül yaralanıb.

"Əl-Həşd əş-Şabi" tərəfdarları sosial şəbəkədə Əbu Təhsin əs-Salehidən bəhs edən video yayıblar. Orada Əbu Təhsin əs-Salehi ona verilən suala cavab olaraq bildirir ki, o, 321 İŞİD terrorçusunu öldürüb.

Əbu Təhsin əs-Salehi öz silahdaşları arasında "İŞİD ovçusu", "Snayperlərin şeyxi", "Şahin gözlü" ləqəbləri ilə tanınırdı.

O, doğma Bəsrə şəhərində dəfn edilib. Dəfndə İraq şiələrinin dini lideri Ayətullah əs-Sistaninin şəxsi nümayəndəsi də iştirak edib.

Bildirilir ki, Əbu Təhsin əs-Salehi əvvəllər İraq ordusunda xidmət edib və 1973-cü ildən bəri baş verən bütün döyüşlərdə iştirak edib.


Müəllif: Nahid

Oxşar xəbərlər