İranın müdaxilələri qonşu ölkələrin təhlükəsizliyinə zərər verir, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adel al-Cübeyr çıxış edib.
Nazir bəyan edib ki, beynəlxalq təhlükəsizliyə təsir edən cəhdlərə imkan verməyəcəklər. Onun sözlərinə görə, İranın bölgədə yaşanan xaosda rolu var.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında son 24 saatda 2 şahzadə həyatını itirib, ölkənin ən önəmli adamları və şirkətlərinə qarşı rüşvət ittihamı ilə əməliyyatlar keçirilib.
Bu arada ölkənin ən nüfuzlu turizm şirkəti olan “Əl Təyyar Travel”in sahibi Nasser bin Aqeel Əl-Təyyar həbs olunub.
Bəlli olub ki, kral Salman dünən helikopter qəzasında vəfat edən şahzadə Mənsur bin Muqrinin atası şahzadə Muqrin Bin Əbdüləzizlə görüşərək ona başsağlığı verib.