7 Noyabr 2017 21:23
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hökuməti Gürcüstanın eks prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin ölkədə qanuni əsaslarla yaşadığına dair sənəd verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Saakaşvili "feysbuk" səhifəsində yazıb.

"Axır ki, bu gün Miqrasiya Xidmətindən Ukrayna ərazisində leqal yaşadığıma dair sənəd aldım. Əlbəttə ki, mən bununla kifayətlənmirəm və məhkəmə vasitəsilə vətəndaşlığımın bərpa edilməsinə çalışıram", - M.Saakaşvili yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər