Fələstin prezidenti Mahmud Abbas Səudiyyə Ərəbistanına səfər edib.
Teleqraf.com xəbər verir ki, Kral Salman bin Əbdüləziz onu Ər-Riyaddakı sarayında qəbul edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
M.Abbas beynəlxalq arenada Fələstinə verdiyi dəstəyə görə krala təşəkkür edib.