8 Noyabr 2017 13:35
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya Yəməndən Səudiyyə Ərəbistanına atılan raketlə bağlı məsələyə münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən yayılan bəyanatda olaydan sonra Səudiyyə Ərəbistanının Yəməndəki bütün hava, quru və su yollarını qapatmasının BMT-nin humanitar məqsədli səfərlərinə mənfi təsir etdiyi bildirilib: “Bu hadisələr Moskvada böyük narahatlıq doğurur. Hadisələr yeni silahlı insidentə və insan tələfatına səbəb ola bilər”.

Vaşinqton tərəfdən isə ABŞ-ın BMT-dəki xüsusi nümayəndəsi Nikki Haley açıqlama verib. O bildirib ki, husilər tərəfindən Səudiyyəyə atılan raket əvvəl Yəməndə görünməyib və bu zərbələrin İrana aidiyyətini göstərən faktlar var.

Haley İranı bölgədə terrorçuluğa dəstək verməkdə və beynəlxalq hüququ pozmaqda ittiham edib. Onun sözlərinə görə, ABŞ İranın bu addımına susqun qalmayacaq.

Qeyd edək ki, husilərin atdığı raket nəticəsində Səudiyyə şahzadəsi Mansur ibn Mukrin və daha 8 yüksək vəzifəli məmur həlak olub.


Müəllif: Samir

Oxşar xəbərlər