Rusiyada prezidentliyə namizəd, teleaparıcı Kseniya Sobçak növbəti qalmaqallı çıxışı ilə yadda qalıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları dəstəklədiyini bildirib:
"Fikrimcə, Rusiya beynəlxalq hüququ, razılaşmaları kobud surətdə pozub".
Sobçak əlavə edib ki, buna baxmayaraq, sanksiyalar Rusiya hökumətinin nümayəndələrinə qarşı tətbiq edilməlidir:
"Adi vətəndaşlara sanksiya tətbiq edərək, ölkəyə buraxmamaq ədalətsizlikdir. Məsələn, rus tələbə ABŞ-da oxumaq üçün viza istəyir və verilmirsə, bu, düzgün deyil".
Qeyd edək ki, bundan əvvəl Sobçak Krımın Ukrayna ərazisi olduğunu bildirmişdi.