İsrail Suriya sərhədinin 50 kilometrliyində İranın hərbi baza qurmasına sərt reaksiya verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İsrailin Xarici İşlər naziri Aviqdor Liberman məlumat verib.
O bildirib ki, İsrail Holan təpələrinin Suriya hissəsində qurulan İran bazasını məhv edəcək:
“İsrail qarşı tərəfdən gələcək hər bir hücuma lazımı cavab verəcək”