13 Noyabr 2017 18:11
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının birinci vitse-spikeri İrina Geraşenko parlamentin binası önündə toplaşan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili tərəfdarlarına müraciət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, etirazçıları Radaya gələn yolu qapatmamağa çağırıb:

“Biz dinc aksiya keçirən şəxslərin hüquqlarına hörmət edirik. Ancaq onlar da parlamentə hörmətlə yanaşsınlar və Radaya gələn yollardan birini açsınlar”.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili tərəfdarları oktyabrın 17-dən etibarən Ali Rada önündə etiraz aksiyalarına başlayıb. Onlar deputatların toxunulmazlığının ləğvini, antikorrupsiya məhkəməsinin yaradılmasını və seçki qanununda dəyişiklik edilməsini tələb edirlər.


Müəllif: Samir

Oxşar xəbərlər